Məhsulun istehsalında məqsəd xəstə ehtiyacları üçün ən uyğun əczaçılıq tərkiblərinin işlənib hazırlanması.
Bizim üç müəssisəmizdə (Macarıstanda) məhsulun istehsalı üçün infrastrukturumuz mövcuddur. Körmend istehsalat müəssisəmizdə, sonradan eyni məkanda yerləşən qalenik zavodumuzda maye və yarı-bərk dərman məhsullarının (gellər, kremlər, məlhəmlər, məhlullar, tibbi şamların və s. məhsulların) işlənib hazırlanmasını həyata keçiririk. 2010-cu ildən bəri Budapeştdə, Bökényföldi küçəsində yerləşən müəssisəmizdə müxtəlif bərk dərman maddələrinin istehsalını həyata keçiririk. Burada hazırlanan dərmanlar sənaye miqyasında ya Burkenfeldi küçəsindəki yerləşən həblərin istehsalı zavodunda və ya Kermenddə istehsal olunur. 2018-ci ildə bu məkanda müxtəlif gel və kremlər hazırlamağa başlamışıq. Budapeştin Keresturi küçəsində yerləşən müəssisəmizdə güclü tərkibə malik maddələrin istehsalı üçün bir laboratoriya yaratdıq -orada, aktiv maddələrin istehsal olunduğu şöbəmizdəki kimi işçilərimizi və ətraf mühiti qorumaq üçün təcridxanaların mövcud olduğu qabaqcıl iş mühitini yaratdıq.
İntellektual mülkiyyətin (İX) təhlili
Bu prosesin məqsədi elmi nəşrlərdə, patent ərizələrində və verilən patentlərdə mövcud olan məlumatları araşdırmaq və beləliklə, elmin hazırkı vəziyyəti və əqli mülkiyyət hüquqları ilə bağlı məhdudiyyətlər haqqında məlumat əldə etməkdir.
Dərman məhsullarının laborator miqyasında işlənib hazırlanması
Məqsəd, kiçik təcrübə yolu ilə, müəyyən aktiv maddələrə və terapevtik ehtiyaclara ən uyğun olan məhsulların dozaj formalarını və tərkiblərini yaratmaqdır. Dozaj forması, tərkibi və istehsal texnologiyası birlikdə aktiv maddənin insan orqanizmi tərəfindən nə dərəcədə tez və hansı miqdarda mənimsəndiyini müəyyənləşdirir. Digər mühüm cəhətlərə məhsulun sabitliyi və saxlanma müddəti, həmçinin dərmanla birbaşa təmasda olan ilkin qablaşdırma materialı aiddir. Laboratoriya miqyasında həyata keçirilən istehsal prosesində gələcək sənaye miqyaslı istehsalat aspektlərini diqqətdə saxlamaq da vacibdir.
Məhsulların analitik sınağı
Məqsəd, maddələrin uyğunluğunu təhlil etmək, həmçinin fiziki xüsusiyyətlərini, təmizliyini, aktiv maddənin sərbəst buraxılmasını və formalaşdırılmış dərmanların dayanıqlılığını - ən uyğun dizayn(lar)a nail olmaq üçün sınaqdan keçirməkdir. Məhsulun istehsalı prosesində, dərmanların keyfiyyətinin hərtərəfli təsvirini təmin edən və gələcəkdə keyfiyyətə nəzarət və istehsalda istifadə ediləcək müvafiq analitik metodlar hazırlanana qədər, analitik metodlar daim inkişaf etdirilməlidir. Bütün bunlar miqyasın artması və dərman istehsalının və istehsal texnologiyasının yekunlaşması ilə paralel aparılır.
Patent ərizəsinin hazırlanması
İstehsal yeni bir əczaçılıq forması, xüsusilə əlverişli bir tərkib və ya sənaye mülkiyyəti hüquqları baxımından qiymətli istehsal prosesi kimi innovativ həllərin yaranmasına səbəb olarsa, rəqabət qabiliyyətimizi artırmaq üçün patent qorumasını almaq vacibdir.
Məhsul istehsal miqyasının artırılması
Məqsəd laboratoriya təcrübələrinin keçirilməsi zamanı tərtib edilən dərman məhsullarının istehsal texnologiyasını gələcək ticari istehsal miqyasına qaldırmaqdır. Bu çox mərhələli proses zamanı keyfiyyətə təsir edən parametrlər müəyyənləşdirilir, dərman məhsullarının işlənib hazırlanması və istehsal prosesi optimallaşdırılır və dərmanın son xüsusiyyətləri müəyyənləşdirilir.