Məhsulları demək olar ki, bütün mümkün əczaçılıq formalarında tərtib və istehsal edirik - hər il təxminən 6 milyard tablet və kapsul və 180-190 milyon qutu məhsul istehsal edirik.
Ən yüksək beynəlxalq qaydalara və keyfiyyət təminatı qaydalarına (MİT) cavab verən yüksək keyfiyyətli məhsullarımız Macarıstandakı üç müəssisəmizdə istehsal olunur. Aktiv maddələri istehsal edən fabriklər baş qərargahımızda - Budapeştdə, Keresztúri küçəsində, hazır məhsullar isə Budapeştdə, Bökenyföldi küçəsində və Körmend şəhərində yerləşən müəssisələrimizdə istehsal olunur. Bökényföldi küçəsində yerləşən məkanda inyeksiyalar və tablet istehsal edən zavodlar, həmçinin qablaşdırma zavodları və hazır məhsul anbarı fəaliyyət göstərir. Körmend məkanında tablet, film ilə örtülmüş tabletlər və qranullar istehsal etdiyimiz zavodumuz mövcuddur, həmçinin məlhəmlər, şamlar, məhlullar, şərbətlər istehsal etdiyimiz bir qalenik zavodumuz fəaliyyət göstərir. Bu zavodlara müasir, böyük həcimli anbar və qablaşdırma zavodu yardım göstərir.