Kukilərdən istifadəyə dair Bildiriş

Kukilərdən istifadəyə dair Bildiriş

Egis Gyógyszergyár Zrt.

Sonuncu düzəliş tarixi: .15.01.2020-ci il

1.  Egis Gyógyszergyár Zrt. (H-1106 Budapest, Keresztúri út 30-38., +36 1 803-5555, mailbox@egis.hu, məlumatların qorunması ilə bağlı məsələlərdə: adatvedelem@egis.hu) (bundan sonra "Egis") öz hu.egis.health vebsaytının müəyyən saytlarında kukilərdən istifadə edir. Kukilər istifadəçilərin veb-brauzerində məlumatları saxlayan fayllardır. Bu bildiriş (“Bildiriş”) kukilərin istifadəsinə dair məlumat verir.

2.  Kukilərdən istifadənin məqsədi istifadəçinin əvvəllər vebsaytı ziyarət edib-etməməsini və yaxud vebsaytın hansı hissələrinin ən populyar olduğunu, istifadəçilərin hansı hissələrə daxil olduqlarını və orada nə qədər vaxt keçirdiklərini müəyyən etməkdir. Bunu öyrənməklə, vebsayt istifadəçilərin ehtiyaclarına uyğunlaşdırıla bilər və daha müxtəlif istifadəçi təcrübəsi təqdim edə bilər. Kukilərlə biz istifadəçinin növbəti ziyarətində göstərilən məlumatların istifadəçinin əvvəlki seçimlərinə uyğun olmasını təmin edə bilərik.

3.  Egis, müvafiq qanunvericilikdə müəyyən edilən məhdudiyyətləri nəzərə alaraq və lazım olduqda, məlumat subyektlərinə vaxtında və əvvəlcədən məlumat verərək bu Bildirişə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Bu Bildiriş, xüsusən qanunvericiliyə dəyişiklik edilməsi, dövlət orqanlarının, müəssislərin  məlumatlarının qorunması təcrübəsi, və yaxud işçilərin ehtiyacları, yeni kukilərin istifadəsi və yaxud yenicə aşkar edilmiş təhlükəsizlik riski səbəbindən zərurət yaranarsa, dəyişdirilə bilər. Tələb edildikdə, Egis Bildirişin hazırkı versiyasının bir nüsxəsini məlumat subyektinə göndərir.

4. İstifadəçilər öz veb-brauzerlərini qurmaq hüququna malikdirlər, onlar kukiləri qəbul edə, yaxud onlardan imtina  edə, yaxud da kuki brauzerdə saxlanılırsa, bildiriş tələb edə bilərlər. Bütün brauzerlər fərqlidirlər, buna görə də onların “Kömək” menyusu kuki seçimlərinin dəyişdirilməsinə kömək edə bilər. Kukilərin xüsusiyyəti və deaktivləşdirilməsi ilə bağlı əlavə məlumat üçün xahiş olunur, aşağıdakı vebsayta daxil olun: http://www.youronlinechoices.com/hu/.

5. Ən çox istifadə edilən veb-brauzerlərdəki kukilərlə bağlı menyu elementləri:

Mozilla Firefox: https://support.mozilla.org/en-US/kb/clear-browsing-history-and-cookies-firefox

Google Chrome: https://support.google.com/chrome/answer/95647?co=GENIE.Platform%3DDesktop&hl=en

Internet Explorer: https://support.microsoft.com/en-us/help/17442/windows-internet-explorer-delete-manage-cookies

Google Kukilərinə dair ətraflı məlumat: https://developers.google.com/analytics/devguides/collection/gtagjs/cookie-usage

6.  Egis tərəfindən hu.egis.health  vebsaytında istifadə olunan kukilər aşağıda verilir. Bundan əlavə, Egis istifadəçinin artıq bu Bildirişi alıb-almadığını texniki üsulla qeydə alır. 

Kukilərin növləri

1. Əsas fəaliyyətlər üçün lazım olan kukilər

Bu kukilər vebsaytın düzgün işləməsini təmin edir, istifadəsini asanlaşdırır və ziyarətçiləri müəyyən etmədən onun istifadəsi barədə məlumat toplayır.

Məlumatların işlənməsi üçün hüquqi əsas Məlumatların Qorunmasına dair Ümumi Reqlamentin 6-cı maddəsinin 1f) bəndində verilir və vebsaytın düzgün işləməsini təmin etmək üçün Egis-in qanuni marağıdır.

2. Funksional kukilər

İstifadəçi təcrübəsini artırmaq üçün biz vebsaytın müəyyən funksiyalarının istifadəsini qeydə alan kukilərdən istifadə edirik və bununla da istifadəçilərə növbəti ziyarət zamanı eyni seçimlərə sahib olmaq imkanı verilir.

Məlumatların işlənməsi üçün hüquqi əsas, siz kukilərdən istifadəni qəbul edərkən sizə verilən 6-cı maddənin  (1) a) bəndidir (könüllü razılıq). Brauzerinizi düzgün quraraq, avtomatik qəbulun qarşısını ala bilərsiniz və brauzer hər dəfə kukiləri qəbul etmək və yaxud imtina etmək seçimini təklif edə bilər.

3. Statistik məqsədlər üçün kukilər

Onlar vebsaytın operatoru üçün istifadəçilərin vebsaytdan istifadə qaydalarına dair məlumatları toplamaları məqsədilə vebsaytın işləməsinə dair (səhifə yükləmələrinin sayı, vebsaytına sərf olunan orta vaxt kimi)  statistik məlumatları təqdim edirlər. Bu kukilər ziyarətçiləri müəyyən etmir, onların topladıqları məlumatlar istifadəçinin ziyarət etdiyi alt-səhifələrin sayı, hər seansın uzunluğu, səhv mesajlarının növləri və s. ilə bağlı olur. Statistik məqsədlər üçün kukilər brauzinq zamanı avtomatik olaraq istifadəçinin qurğularına yerləşdirilir, və brauzer seçimlərində bu cür kukiləri silə bilərsiniz.

Məlumatların işlənməsi üçün hüquqi əsas, siz kukilərdən istifadəni qəbul edərkən sizə verilən 6-cı maddənin  (1) a) bəndidir (könüllü razılıq). Brauzerinizi düzgün quraraq, avtomatik qəbulun qarşısını ala bilərsiniz və brauzer hər dəfə kukiləri qəbul etmək və yaxud imtina etmək seçimini təklif edə bilər.

Kukinin adı
Kukinin növü
Məlumatın işlənməsinin məqsədi, işlənilmiş məlumatların əhatə dairəsi
Kukilərdən istifadə müddəti
"egissession"
Əsas fəaliyyət üçün lazımlı kukidir.
Vebsaytın yenidən yüklənməsi halında vebsaytın düzgün işləməsini təmin etmək üçün istifadəçinin əvvəlki seansının müəyyənləşdirilməsi.

İşlənmiş məlumatlar: seans identifikatoru.

İstifadəçi vebsaytı tərk edənə və ya brauzeri bağlayana qədər kuki vebsaytında saxlanılır.
"tz"
Əsas fəaliyyət üçün lazımlı kukidir.
Vaxt zonasının müəyyən edilməsi. Avropa/Budapeşt kimi bələdiyyə səviyyəsində məkanı müəyyənləşdirir.

Regional səviyyədə kontent xidməti üçün lazım olan məlumatlar.

İşlənmiş məlumatlar: vaxt zonası, bələdiyyə səviyyəsində məkan.

İlk ziyarət tarixindən 3 il
"egis_website_gdpr_accepted"
Əsas fəaliyyət üçün lazımlı kukidir.
Məlumatların Qorunmasına dair Ümumi Reqlament qaydalarının qəbul olub-olmamasının yoxlanması. İstifadəçi vebsaytı ilk dəfə ziyarət edərsə, onlar kuki məlumatlarının işlənməsi şərtlərini qəbul etməlidirlər. Bu kuki vebsaytına daxil olan istifadəçinin məlumatların işlənməsi şərtlərini qəbul edib-etməməsi ilə bağlı məlumatları saxlayacaq, beləliklə də növbəti ziyarət üçün eyni sualı vermir.

İşlənmiş məlumatlar: istifadəçinin şərtləri qəbul edib-etməməsi faktı.

Daimi.
"video-muted"
Funksional kuki.
Video pleyer seçimi. Bu kuki ilə video pleyer istifadəçinin videoları səssiz izləmək istədiyini yadda saxlayır

İşlənmiş məlumatlar: seçim variantı.

İstifadəçi vebsaytı tərk edənə və ya brauzeri bağlayana qədər kuki vebsaytında saxlanılır.
"video-volume"
Funksional kuki.
Video pleyer seçimi. Bu kuki ilə video pleyer istifadəçinin videoları izləmək istədiyi həcmi yadda saxlayır

İşlənmiş məlumatlar: seçim variantı.

İstifadəçi vebsaytı tərk edənə və ya brauzeri bağlayana qədər kuki vebsaytında saxlanılır.
"_ga"
Statistik məqsədlər üçün kuki.
Google Analytics kukisi. Ziyarətlərin sayına dair statistik məlumatların işlənməsi üçün lazım olan kuki.

Daha ətraflı məlumat üçün: https://developers.google.com/analytics/devguides/collection/gtagjs/cookie-usage
İlk ziyarət tarixindən 2 il
"_gid"
Statistik məqsədlər üçün kuki.
Google Analytics kukisi. Ziyarətlərin sayına dair statistik məlumatların işlənməsi üçün lazım olan kuki.

Daha ətraflı məlumat üçün: https://developers.google.com/analytics/devguides/collection/gtagjs/cookie-usage
İstifadəçi vebsaytı tərk edənə və ya brauzeri bağlayana qədər kuki vebsaytında saxlanılır.
"_gat_gtag_N"
Statistik məqsədlər üçün kuki.
Google Analytics kukisi. Ziyarətlərin sayına dair statistik məlumatların işlənməsi üçün lazım olan kuki.

Daha ətraflı məlumat üçün: https://developers.google.com/analytics/devguides/collection/gtagjs/cookie-usage
İstifadəçi vebsaytı tərk edənə və ya brauzeri bağlayana qədər kuki vebsaytında saxlanılır.

 

WarningBrauzeriniz köhnəlmişdir. Zəhmət olmasa daha müasir bir brauzerdən istifadə edin! Chrome || Firefox